İcarəyə verilir 4 otaqlı həyət evi/bağ evi 300 m², Şüvəlan q.
Suvelan qəsəbəsində yerləşən bu möhtəşəm premium VIP bağ evi yüksək səviyyəli istirahət üçün ideal seçimdir.
10 sot ərazidə yerləşən 2 mərtəbəli, 4 otaqlı villa müasir dizaynı və zövqlü memarlığı ilə seçilir. Geniş və işıqlı otaqlar, tam təchizatlı mətbəx və komfortlu yaşayış üçün hər cür şərait mövcuddur.
Həyətdə xüsusi dizayn olunmuş filterli hovuz gecə işıqlandırması ilə villaya xüsusi gözəllik qatır. Səliqəli yaşıllıq, dekorativ ağaclar və istirahət zonaları tam rahatlıq yaradır. Əlavə olaraq bistəka və manqal zonası ailəvi və dostlarla unudulmaz vaxt keçirmək üçün ideal şərait təqdim edir.
Avtomobil üçün qaraj, geniş həyət və təhlükəsiz, elit mühit bu bağı daha da cəlbedici edir.
Suvelanın prestijli və sakit ərazisində yerləşən bu bağ evi həm günlük, həm də uzunmüddətli icarə üçün əla premium seçimdir.
Əsl VIP istirahəti yaşamaq istəyənlər üçün ideal fürsət!















































































